80 yaşlı xəstənin köməyinə xilasedicilər gəldi - Video

80 yaşlı xəstənin köməyinə xilasedicilər gəldi - Video

FHN-in “112” qaynar telefon xəttinə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, ünvana baxış zamanı 1944-cü il təvəllüdlü E.Ələkbərovanın xəstəlik və ağır çəkili olması səbəbindən təcili tibbi yardım avtomobilinə aparılmasında yaranan çətinliklə bağlı köməyə ehtiyacı olduğu müəyyən edilib.

Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri vətəndaşı xüsusi vasitələrin köməyi ilə fərdi yaşayış evindən çıxararaq təcili tbbi yardım briqadasına təhvil verib.

Mənbə: qafqazinfo.az