Ukrayna əks-hücuma hazırlaşır - Proxorenko

Ukrayna əks-hücuma hazırlaşır - Proxorenko

Ukrayna ordusu Xarkov vilayətinin cənub-şərqini ələ keçirmiş rus qoşunlarını geri oturtmaq üçün əks-hücum planlaşdırır.

Bu barədə Ukrayna Baş Qərargahının nümayəndəsi İqor Proxorenko deyib.

Onun sözlərinə görə, iki həftə əvvəl başlayan hücum yeni cəbhə açıb və Kiyevin resurslarını tükəndirib.

Proxorenko bildirir ki, Moskva Ukrayna ərazisində 30 kilometrə qədər bufer zonası yaratmaq məqsədinə nail ola bilməyib.

Mənbə: axar.az