Ərdoğan zəlzələyə görə küçədə qalan insanlarla görüşdü – VİDEO

Ərdoğan zəlzələyə görə küçədə qalan insanlarla görüşdü – VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən sonra evlərinə qayıtmağa qorxan və gecəni küçələrdə keçirən insanlara baş çəkib.

Vətəndaşlarla söhbət edən Ərdoğan daha sonra uşaqlarla xatirə şəkli çəkdirib.
O, həmçinin nazirlər və rəsmilər tərəfindən görülən işlər barədə məlumat alıb.
Qeyd edək ki, ötən gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.
Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk ediblər. Təşviş içində olan və evlərinə getmək istəməyən sakinlər gecəni məktəb həyətlərində, parklarda, idman zallarında və məscidlərdə keçirib.

Mənbə: www.bakupost.az