Lerikdə ağır qəza - Ölən və yaralananlar var

Lerikdə ağır qəza - Ölən və yaralananlar var

Bu gün Lerik rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 08 radələrində E.Qasımov sükanı arxasında olduğu “Ford Transit” markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

Onların rayonlarda xalça satışı ilə məşğul olan Şamaxı sakini olduqları bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az