Gəncədə qızıl və mal-qara oğrusu SAXLANILDI

Gəncədə qızıl və mal-qara oğrusu

Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bir mənzildən ümumi dəyəri 2 383 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Elşad İbrahimov saxlanılıb.

Araşdırmalar zamanı şəxsin daha bir vətəndaşa məxsus yeddi baş xırdabuynuzlu heyvanı oğurlaması da məlum olub.

2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dəyəri 4 170 manat olan müxtəlif təyinatlı elektrik avadanlıqları oğurlayan Murad Qasımov və ümumilikdə 1 300 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Kənan Rüstəmov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: bizim.media