Selə düşən vətəndaşları FHN işçiləri xilas etdi - VİDEO

Selə düşən vətəndaşları FHN işçiləri xilas etdi -

Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən 3 nəfər avtomobildə təhlükəli vəziyyətdə qalıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış “NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar.

Selə düşən vətəndaşları FHN işçiləri xilas etdi -  VİDEO
Selə düşən vətəndaşları FHN işçiləri xilas etdi -  VİDEO

Mənbə: www.bakupost.az