Bakıda yaşayış kompleksinin həyəti su ilə doldu - VİDEO

Bakıda yaşayış kompleksinin həyəti su ilə doldu -

MİDA-nın Yasamaldakı yaşayış kompleksinin ərazisi yağışdan sonra sulara qərq olub.

Bu barədə görüntülər baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, leysandan sonra yaşayış kompleksinin ərazisi gölməçəyə çevrilib. Nəticədə sakinlərin həm piyada, həm də avtomobillərlə hərəkəti çətinləşib.

Bəzi yerlərdə yığılan suyun səviyyəsi o qədər artıb ki, avtomobil idarə etmək ümumiyyətlə mümkün olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

Oxu.az

Mənbə: pravda.az