Rusiyanın Sankt-Peterburq şəhərində avtomatlı şəxslər arasında silahlı qarşıdurma baş verib.
Bu barədə "Shot" "Telegram" kanalına istinadən xəbər verir.
Məlumata görə, qara paltarlı və kamuflyajlı, tapança və avtomat silahlarla silahlanmış şəxslər bir-birlərinə, eləcə də havaya atəş açıb, sonra qaçıblar.
Lakin qısa müddət sonra polis onlardan bir neçəsini saxlayıb.
Hadisənin təfərrüatı ilə bağlı məlumat verilməyib.
Mənbə: bizim.media