ABŞ-da ən yaşlı insan kimi tanınan Hester Ford 116 yaşında dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, Şimali Karolina şatının sakini olan Fordun 1904-cü ildə anadan olduğu bildirilir. ABŞ mediası, Fordun 14 uşağı, 48 nəvəsi və nəvələrindən ümumilikdə 108 uşağı olduğunu da qeyd edib.
ABŞ-ın Gerontoloji Tədqiqat Qrupu, Fordu keçən il ölkədə yaşayan ən yaşlı insan elan etmişdi.
Mənbə: www.unikal.org