Dövlət sərhədində narkotik daşıyan PUA zərərsizləşdirildi - Fotolar

Dövlət sərhədində narkotik daşıyan PUA zərərsizləşdirildi -

İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aprelin 18-də DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Mənbə: qafqazinfo.az