Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə tiktokerlərin həbs müddəti 2 ay uzadılıb.
Qeyd edək ki ötən ilin dekabrında saxlanılan hır iki tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülmüşdü və onlar barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Mənbə: bizim.media