TƏBİB-dən körpə ölümü ilə bağlı AÇIQLAMA

TƏBİB-dən körpə ölümü ilə bağlı

“20.04.2025-ci il tarixində saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub”.

Bu barədə TƏBİB-in açıqlama verib.

Məlumata görə, hazırda ananın vəziyyəti stabildir.

Mənbə: bizim.media