ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın İllinoys ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Bu barədə "Assoşeyted Press" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Təyyarədə iki qadın və iki kişi olub. İlkin məlumata görə, təyyarə elektrik xəttinə dəydiyi üçün qəza edib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: axar.az