Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina uçub

Nigeriyada tikintisi gedən çoxmərtəbəli bina uçub

Nigeriyanın iqtisadi mərkəzi olan Laqosda tikintisi tamamlanmamış çoxmərtəbəli bina uçub.

Vanguard-a istinadən xəbər verilir ki, şahidlər çoxlu sayda zərərçəkənlərin olduğunu bildirirlər.

Hadisə aprelin 19-da səhər saatlarında Ocodu rayonunda baş verib. Uçqun altında həm işçilər, həm də təsadüfi yoldan keçənlər qalıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır. Hələlik doqquz nəfər xilas edilib.

Mənbə: report.az