Berlinin mərkəzində atışma baş verdi

Berlinin mərkəzində atışma baş verdi

Naməlum silahlı şəxslər bazar günü səhər tezdən Almaniyanın paytaxtı Berlinin mərkəzindəki "Hilton" otelinin qarşısında atəş açıb. Nəticədə azı bir nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Hadisə saat 04:45 (Bakı vaxtı ilə saat 06:45) radələrində baş verib. Polis azı iki şübhəlini axtarır. Ərazi mühasirəyə alınıb.

Mənbə: axar.az