Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı

Gəncə sakini dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Göygöl rayonunun Yeni Qızılca yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Elşad Əliyev cücə fermasında dəm qazından boğularaq ölüb. İlkin məlumata görə, dünyasını dəyişən şəxs fermada çimərkən dəm qazından boğulub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, Tərtərdə də dəm qazı bir ailənin 4 üzvünün həyatına son qoyub.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az