Rezidentura imtahanı elektronlaşdırılacaq.
Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
“Mayda peşəkar mühasib imtahanı da elektron formatda keçiriləcək. İrəlidə magistratura imtahanının da elektronlaşdırılması nəzərdə tutulub”, - M.Abbaszadə əlavə edib.
Mənbə: axar.az