Ekvadorun “Emelek” klubunun müdafiəçisi Cekson Rodrigesin ailə üzvləri qaçırılıb.
“Qafqazinfo” xəbər verir ki, ötən gecə futbolçunun evinə hücum olub.
Həmin vaxt evdə olan həyat yoldaşı və qızları qaçırılıb.
Hazırda hüquq-mühafizə orqanları onun ailə üzvlərini axtarır.


Mənbə: qafqazinfo.az