Bakıda qəbirləri qazıb qızıl dişləri oğurlayırmış... - VİDEO

Bakıda qəbirləri qazıb qızıl dişləri oğurlayırmış... -

Bakıda qəbirlərdən qızıl dişləri talayan şəxs saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi RPİ tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində məzarları talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: qafqazinfo.az