İspaniyanın Palma şəhərində baş verən hadisə görənləri heyrətə gətirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanada həyatını itirən yaşlı qadın yas mərasimində dirilib.
Belə ki, onun "meyiti" tabutda dəfnə aparılarkən qəfildən tərpənməyə başlayıb. Dəfn evinin işçiləri qadının nəbzini tutduğunu və barmaqlarını hərəkət etdirdiyini görüblər. Qısa zamanda hadisə yerinə gələn təcili yardım işçiləri yaşlı qadının hələ də sağ olduğunu təsdiqləyiblər.
Daha sonra qadın yenidən xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib. Onun səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
İspaniyanın səhiyyə orqanları ölümün səbəbinə səhv diaqnoz qoyulduğunu anlamaq üçün daxili araşdırma başlatdıqlarını açıqlayıb.
Mənbə: unikal.az