Azərbaycanlı qadın Türkiyədə koronavirusdan öldü

Azərbaycanlı qadın Türkiyədə koronavirusdan öldü

Türkiyədə koronavirusa yoluxan azərbaycanlılardan biri vəfat edib. Azvision.az -ın məlumatına görə, COVİD-19 infeksiyasından dünyasını dəyişən şəxs Sadəgül Xudiyevadır.
52 yaşlı qadın bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanlı qadın İstanbulda dəfn olunub.
Azvision.az

Mənbə: azvision.az