Taliban Pakistanda hücumlara davam edəcəyini bəyan etdi

Taliban Pakistanda hücumlara davam edəcəyini bəyan etdi

Pakistandakı Taliban nümayəndələri İslamabadda məhkəmə binasına edilən hücumda iştiraklarını təsdiqləyiblər.

Bu barədə AFP-nin məlumat yayıb.

Hücum nəticəsində ən azı 12 nəfər ölüb, 27 nəfər yaralanıb.

Taliban bildirib ki, "Pakistanın qeyri-islam qanunlarına uyğun olaraq qərarlar verən hakimlər, vəkillər və rəsmilər hədəfə alınıb".

Onlar həmçinin bildiriblər ki, Pakistanda İslam qanunları tətbiq olunana qədər hücumlara davam edəcəklər.

Elvin

Mənbə: olke.az