Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib.
Bu barədə Müdafiə Nazirliyi Teleqram hesabında paylaşım edib.
"Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!", - paylaşımda bildirilib.
Mənbə: axar.az