"İki-üç ay ərzində texnologiyanın köklü dəyişməsi səbəbindən pilotsuz uçuş aparatlarının (PUA) anbarlarda saxlanması mənasızdır".
Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius FAZ-a müsahibəsində deyib.
Hərbi idarənin rəisi Almaniyanın tezliklə köhnələcək PUA-ların alınmasına milyardlarla avro xərcləmək əvəzinə yeni bir yol tutacağını açıqlayıb.
"Biz ilk gündən istifadəçiləri və tərtibatçıları bir araya gətirərək onu özümüz inkişaf etdirəcəyik. Müdafiə tələbləri yaranarsa, şirkətlərlə birlikdə bu qabaqcıl variantların sürətlə kütləvi istehsalını təmin edəcəyik", - Pistorius bildirib.
Nazir etiraf edib ki, dronlar müasir dünyada müharibə üçün "çox vacibdir", lakin ağır texnika da mühüm rol oynayacaq.
“Hərbi ekspertlər deyirlər ki, gələcək müharibə haubitsalar, tanklar və təyyarələr, həmçinin kiberməkan və əlbəttə ki, PUA-ları əhatə edən birləşmiş silah müharibəsi olacaq”, - o əlavə edib.
Mənbə: publika.az