"Formula 1" gələn il bu ölkədə keçirilə bilər

Səudiyyə Ərəbistanının dövlət qurumları "Liberty Media” ilə əməkdaşlığı genişləndirir. Belə ki, artıq dövlət neft şirkəti "Aramco” Formula 1-in qlobal tərəfdaşıdır.

Sport7.az xəbər verir ki, bununla da, gələn il təqvimə yeni mərhələ əlavə oluna bilər. Bu haqda "RaceFans” nəşri məlumat yayıb. Ölkənin paytaxtı Ər-Riyaddan 45 kilometr aralıda, Qran-Prinin keçirilməsinin nəzərdə tutulduğu Qiddiyada sahəsi 334 kvadrat kilometr olan möhtəşəm şəhər parkının inşası planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən layihə dayandırılıb. Amma yarış keçirmək iddiasından imtina edilməyib.

Nəşrin məlumatına görə, gələn il Səudiyyə Ərəbistanı Qran-Prisi ölkənin "iqtisadi paytaxtı” - Ciddədə keçirilə bilər və gələcəkdə Qiddiyaya köçürüləcək.

 

Sport7.az

Sport7.az

ƏVVƏLKİ XƏBƏR

Minik avtomobili sürüyə çırpıldı

SONRAKI XƏBƏR

Almaniya klubunda türk futbolçu