AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi

AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi

AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.

“Qafqazinfo” xəbər verir ki, konfransda qəbul edilən qərarlara əsasən, növbəti mövsümdə də Premyer Liqada 10 komanda mübarizə aparacaq.

Bu isə o deməkdir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” növbəti mövsüm Birinci divizionda mübarizə aparacaq.

Bir digər qərar isə legioner limiti ilə bağlı olub. Belə ki, 7+4 limiti saxlanılıb. 2025-2026-cı illər mövsümündə isə 8+3 sistemi tətbiq ediləcək.

Mənbə: qafqazinfo.az