Kamil Zeynallı Füzulidən paylaşım etdi - Fotolar

Kamil Zeynallı Füzulidən paylaşım etdi  - Fotolar

Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və vacib yüksəkliklər azad olunub.

Yenisabah.az xəbər verir ki, tanınmış fitness məşqçisi Kamil Zeynallı Füzuli rayonuna yollanıb.

Sosial şəbəkə hesabında əsgərlərə dəstək olmaq üçün Füzuliyə yollandığını yazan idmançı onlarda döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib:

“Allah zabit və əsgərlərimizi qorusun. Hamıda döyüş əhval-ruhiyyəsi çox yüksəkdir, Maşallah olsun. Allah yolumuzu açıq etsin”.

Mənbə: yenisabah.az