"Sabah"dan darmadağın", "Qarabağ"dan böyükhesablı qələbə

"Sabah"dan darmadağın", "Qarabağ"dan böyükhesablı qələbə

Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib.

Sport7.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. "Sabah"ın əvəzediciləri "Sumqayıt-2"ni darmadağın edib. Elə "Zaqatala" da "Keşlə"nin əvəzedicilərini böyükhesablı məğlubiyyətə uğradıb. "Qarabağ-2" isə MOİK-in qapısından 3 cavabsız top keçirib.

Turun digər 2 matçı sabah, yəni noyabrın 26-da keçiriləcək. "Kəpəz" doğma arenada "Turan Tovuz"u qəbul edəcək. "Qaradağ Lökbatan isə səfərdə "Neftçi-2"nin qonağı olacaq.

Birinci Divizion, 7-ci tur

"Sabah-2" - "Sumqayıt" 5:0

(Fərid Kərimzadə, 7-p. 47, Kamran Quliyev, 45+3, Abdullah Xaibulayev, 51, Şakir Seyidov, 79-p.)

"Zaqatala" - "Keşlə-2" 4:0

(Aleksandr Şemonayev, 26, Bəhruz Teymurov, 47-p. 51, 90+5)

MOİK - "Qarabağ-2" 0:3

(Nihad Tamazov, 63, Seyxan Fərəcov, 71, Emil Məmmədov, 86-ö.q)

Mənbə: sport7.az