Bu stadiona Maradonanın adı verildi

Bu stadiona Maradonanın adı verildi

Dieqo Armando Maradona işıqlı dünyadan köçsə də, hələ uzun illər anılacaq, xatırlanacaq.

Çünki gələcək nəsillər ayaq açdığı hər yerdə əfsanəvi futbolçunun adı ilə rastlaşacaqlar.

Offsideplus.az xəbər verir ki, Neapol rəhbərliyi gözlənilən qərarı qəbul edib. Bundan sonra "Napoli"nin ev oyunlarını keçirdiyi "San Paolo" stadionu "Dieqo Armando Maradona" stadionu adlanacaq. Əslində şəhər meri Luici de Macistris Maradonanın ölümündən sonra belə bir addım atacaqlarını bildirmişdi. Qalırdı məsələni Neapol Şəhər İttifaqının üzvləri ilə müzakirə etmək. Təklif yekdilliklə qəbul olunub.

Qeyd edək ki, "Napoli" Maradonanın futbolçu karyerasında ən uzun müddətli klub olub. 1984-91-ci illər aralığında adıçəkilən komandanın şərəfini qoruyan dünya futbolunun əfsanəsi 188 matçda rəqib qapılarına 81 dəfə yol tapıb.

Mənbə: offsideplus.az