Teymur Rəcəbov “Armaqeddon seriyası” yarışına qələbə ilə başlayıb

Teymur Rəcəbov “Armaqeddon seriyası” yarışına qələbə ilə başlayıb

Bakı, 12 iyun, AZƏRTAC

Moskvada “World Chess” “Armaqeddon seriyası” yarışları keçirilir.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı qrossmeyster Teymur Rəcəbov təmsil edir. Şahmatçımız yarışa qələbə ilə başlayıb. O, sürətli şahmat üzrə iki partiyanın nəticəsinə görə israilli idmançı Boris Qelfandı məğlubiyyətə uğradıb – 1,5-0,5.

Mənbə: azertag.az