“Arsenal” Metyunu göndərdi, Metyunu gətirdi - FOTO

“Arsenal” Metyunu göndərdi, Metyunu gətirdi - FOTO

İngiltərənin “Arsenal” klubu Avstraliya millisinin qapıçısını transfer edib.

London klubunun rəsmi saytı xəbər verir ki, 28 yaşlı Metyu Rayan cari mövsümün sonunadək “Arsenal”da icarə əsasında çıxış edəcək.

“Brayton” klubundan icarəyə götürülmüş futbolçu yeni komandasında 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Arsenal” yanvarın 8-də üçüncü qapıçısı Metyu (Met) Meysini Şotlandiyanın “Hibernian” klubuna icarəyə verib.

Səbuhi Musayev

Mənbə: www.oxu.az