"Arsenal" "Real"ın futbolçusunu alır

"Arsenal" "Real"ın futbolçusunu alır

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Press.az Britaniya məıtbuatına istinadən xəbər verir ki, “topçular” “Real”dan Martin Ediqoru almağa hazırlaşır. 22 yaşlı yarımmüdafiəçi ilə yaxın saatlarda razılıq əldə olunacağı gözlənilir.

Madrid təmsilçisi isə norveçli oyunçunu yalnız icarəyə vermək istəyir.

Qeyd edək ki, Ediqor bu mövsüm 7 matça çıxıb.

Mənbə: press.az