Azərbaycanın Tokio Olimpiadası ilə bağlı mövqeyi açıqlandı

Milli Olimpiya komitələri və idmançılar Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının öz vaxtında keçiriləcəyinə tam əmindirlər.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

Almaniyalı funksioner iyulun 23-də başlanacaq Oyunların uğurlu təşkilinə inam ifadə edib. O, bütün 206 Milli Olimpiya Komitəsi, beynəlxalq federasiyalar və idmançıların da onunla eyni fikirdə olduqlarını vurğulayıb.

Bax "Tokio-2020"nin bu ilin yayında keçirilməsinin mümkünsüzlüyünə dair xəbərlərə tənqidi yanaşıb. Onun fikrincə, bütün şayiələr olimpiadaya məhdud şərtlər altında hazırlaşan idmançılara mənfi təsir edir: "Hazırda ləğv, B planı barədə çoxlu spekulyasiya ortaya çıxıb. Hətta Oyunların başqa şəhərə və 2032-ci ilə təxirə salınacağına dair məlumatlar var. Nə deyim? Uğurlar. Bunu Oyunlara hazırlaşan idmançılarla müzakirə etməyi sınaqdan çıxarın".

IOC prezidentinin fikrincə, olimpiadanın təşkilinin nə qədər çətin olduğunu bilənlər bunun qısa müddətdə gerçəkləşməsinin mümkünsüzlüyünü anlamalıdır: "Biz Oyunların təşkil olunub-olunmayacağına dair söz-söhbətlər aparmırıq, necə keçiriləcəyi üzərində düşünürük".

“Report” xatırladır ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Koronavirusa yoluxanların yuxusu niyə ərşə çəkilir? – Tövsiyələr

SONRAKI XƏBƏR

Koçaryan seçkilərə qatılmağı planlaşdırır