Millimizin rəqibləri bəlli olub

Millimizin rəqibləri bəlli olub

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Qazet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Milan Obradoviçin başçılıq etdiyi komanda Finlandiya, Estoniya, Noveç, Avstriya, Xorvatiya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

A qrupu: AZƏRBAYCAN, Finlandiya, Estoniya, Noveç, Avstriya, Xorvatiya

B qrupu: Latviya, Macarıstan, San Marino, İsrail, Polşa,

C qrupu: Litva, Malta, Şimali İrlandiya, Slovakiya, Rusiya

D qrupu: Kipr, Lixtenşteyn, Belarus, Yunanıstan İslandiya

E qrupu: Moldova, Cəbəllütariq, Uels

F qrupu: Monteneqro, Lüksemburq, Bosniya və Herseqovina

G qrupu: Kosovo, Andorra, Albaniya

H qrupu: Farer adaları, Ermənistan, Şimali Makedoniya

I qrupu: Qazaxıstan, Şotlandiya

Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.

Mənbə: qazet.az