AVRO-2026: Voleybol üzrə Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

AVRO-2026: Voleybol üzrə Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Faiq Qarayevin rəhbərlik etdiyi komanda 1/8 final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.

İstanbuldakı “Sinan Erdem” idman zalında keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).

Azərbaycan millisi C qrupunda keçirdiyi oyunlardan sonra 8 xal toplayaraq üçüncü pilləni tutub və pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, Türkiyə millisi A qrupunu 13 xalla ikinci pillədə başa vurub. Daniele Santarellinin komandası Latviya (3:0), Sloveniya (3:1), Macarıstan (3:0) və Almaniyaya (3:1) qalib gəlib, yalnız Polşaya 2:3 hesabı ilə uduzub.

Mənbə: apa.az