Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.
K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.
Finalda isə braziliyalı Gustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.
Mənbə: unikal.az