“Çelsi” artıq qış bazarlığına hazırlaşır - 100 milyonluq təklif

“Çelsi” artıq qış bazarlığına hazırlaşır -

“Çelsi” “Atletiko Madrid”in yarımmüdafiəçisi Pablo Barriosu transfer etmək üçün təklif göndərməyə hazırlaşır.

İspaniyanın “Sport” və “Fichajes” idman nəşrlərinin məlumatına görə, “Çelsi”nin baş məşqçisi Xabi Alonso Entso Fernandesin gedişindən sonra 23 yaşlı futbolçunu yarımmüdafiə xəttini gücləndirmək üçün əsas hədəf kimi görür. “Çelsi”nin yanvar ayında yarımmüdafiəçi üçün “Atletiko Madrid”ə rəsmi 100 milyon avroluq təklif göndərməsi gözlənilir.

“Hindular”ın rəhbərliyinin 2030-cu ilə qədər klubla uzunmüddətli müqavilə bağlayan oyunçunu satmaq planı yoxdur və onun transfer bəndi 500 milyon avrodur.

Mənbə: publika.az