“Neftçi”nin futbolçusu Messiyə hədiyyə verdi - Video

“Neftçi”nin futbolçusu Messiyə hədiyyə verdi - Video

Benin millisinin kapitanı və “Neftçi” klubunun futbolçusu Sessi D’Almeyda Lionel Messiyə hədiyyə verib.

Argentinalı futbolçunun Beninlə keçirdiyi vida matçında Almeyda hədiyyəni ona təqdim edib.

O, futbol əfsanəsinin yığma ilə vidalaşmasına görə bu addımı atıb.

Qeyd edək ki, Lionel Messi ötən gecə Beninlə matçda yığmada sonuncu oyununa çıxıb.

Mənbə: qafqazinfo.az