Zelimle Ömər 1/4 finala çıxdı

Zelimle Ömər 1/4 finala çıxdı

Bu gün Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında dördüncü yarış gününün görüşləri keçirilir.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan yraışda Ömər Rəcəbli 1/4 finala vəsiqə əldə edib. O, 1/8 finalda özbəkistanlı Murodjon Yuldoşevi məğlub edib.

Zelim Tçkayev isə Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qalib gələrək 1/4 finala adlayıb.

Bizim.Media

Mənbə: bizim.media