"Mingəçevir" baş məşqçisi Elman Sultanov ilə yolları ayırıb.
Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Sultanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Elman Sultanov bu ilin avqust ayında "Mingəçevir"in baş məşqçisi təyin edilmişdi.
Komanda 1-ci liqada 7 turdan sonra 4 xalla 10 komanda arasında 9-cudur.
Mənbə: bizim.media