Axı o, özünənəzarəti necə itirə bilər? - Kazemiro Messi haqda

Axı o, özünənəzarəti necə itirə bilər? -

“İnter Mayami”nin yarımmüdafiəçisi Kazemiro, komandanın kapitanı Lionel Messinin MLS pley-offunun ilk turunda “Kolumbus Kryu”ya qarşı matçın (0:3) epizodunda topu yan xətdən rəqib hücumçu Qonsalo Tapianın üzünə atmasına münasibət bildirib.

Kazemiro Messinin özünənəzarəti itirməsi ilə bağlı iddialara etiraz edib.

“Messi bu qədər təcrübə və bacarığa malik olduğu halda necə özünənəzarəti itirə bilər? Onun səviyyəsinə çatan oyunçu necə özünü itirə bilər? Onun qalib gəlmək üçün bu qədər güclü istəyi var. O, dünyanın ən rəqabətli oyunçusu ola bilər, amma düşünürəm ki, bu sualı verməyə ehtiyac yoxdur. İndi ən vacib şey sakit qalmaq və yaxşı hazırlaşmaqdır, çünki bizim daha bir şansımız var”, – deyə Kazemiro jurnalist Xose Armandonun “X” səhifəsində yerləşdirdiyi videoda bildirib.

Mənbə: publika.az