Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı

Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı

"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə məğlub oldqları matç (1:3) barədə fikirlərini bölüşüb.

Mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Bilirdik ki, lider komandaya qarşı oynayacağıq. Daha çox topa nəzarət etməyə çalışırdıq. Lakin buraxdığımız ilk qol bizi çətin vəziyyətə saldı. Birinci hissədə hesabı bərabərləşdirmək istəyirdik. İkinci hissədə də qollar buraxdıq və istədiyimiz nəticəni əldə edə bilmədik".

Aydındır ki, futbolu yalnız 11 oyunçu oynamır. Əvəzləməli olduğumuz futbolçular var idi, zədəlilərimiz oldu. Gənc oyunçulara da şans verdik. Qol buraxmağımız problemdir, amma buna baxmayaraq, yolumuzadavam edirik".

- Ağadadaş Salyanskinin bu matçda oynamamasının səbəbi nə idi? Onun yoxluğu komandaya nə dərəcədə təsir etdi?

- Ağadadaş “Neftçi”dən icarəyə götürüldüyü üçün bu komandaya qarşı oynamaq hüququ yox idi. Növbəti turda da Abdulal Rzayev “Sabah”a qarşı meydana çıxa bilməyəcək. Çünki o da “Sabah”dan icarəyə götürülüb.


Mənbə: unikal.az