“Çox iradlar, fikirlər bildirmək olar, amma iş yaxşı gedəndə nəsə danışmağa nə var ki? Bir az uyğunsuzluq var, istər-istəməz mənim hər hansı bir fikrim özümüzü sığortalamış kimi alınacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”lə heç-heçə başa çatan oyundan sonra mətbuat konfransında deyib.
“Hər bir halda qeyd etdiyim kimi, biz yeni kollektivik və mənim üçün maraqlıdır. Bəli, nəticələrimiz ürəkaçan deyil, amma həm məşqçilərin, həm komandaların, həm futbolçuların bizə qarşı hazırlaşması mənim üçün maraqlı məsələdir. “Qarabağ” gəlir, istənilən oyundan daha çox azarkeş olur. Bu bizə həm məsuliyyət verir, həm də bir az həyəcan verir. Get-gedə inşallah, bunu aradan qaldıracağıq. Hər dəfə 6-7 komandanın özəyi olan oyunçular olub və biz 1-2 yeni oyunçu gətirmişik. Amma indi demək olar ki, sıfırdan başlamışıq. Get-gedə yenə də hansısa dəyişikliklər edəcəyik. Futbolçuların bu gün göstərdikləri oyun onların potensialı deyil. Onların potensialı var, sadəcə ola bilər belə bir məsuliyyət bu günə kimi hiss etməyiblər. Oynadıqları klublarda “mütləq çempion olmalısan”, “qalib gəlməlisən” onlardan tələb edilməyib. Bu birdən-birə tələb ediləndə, bir az həyəcan, onları başqa atmosferə gətirib çıxarır. Məncə, ən böyük çatışmazlıq budur”, - deyə o əlavə edib.
Mənbə: qafqazinfo.az