Lamin Yamal Bakıya gəlməyəcək - Qərar

Lamin Yamal Bakıya gəlməyəcək - Qərar


Ulduz futbolçu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində "Sabah"la oyun üçün Bakıya gəlməyəcək.

Bu barədə "Diario Sport" saytı məlumat yayıb.
Bildirilib ki, komandanın baş məşqçisi Hans-Diter Flik ona istirahət verib.
"Yamal istirahət etmək və qarşıdakı görüşlərə tam hazır vəziyyətdə olmaq üçün Barselonada qalacaq. Qərar klubla qarşılıqlı razılaşma əsasında qəbul edilib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.​

Mənbə: www.bakupost.az