Marselo Zidanın qəzəbinə tuş gəldi

Marselo Zidanın qəzəbinə tuş gəldi

"Real”ın cinah müdafiəçisi Marselonun La Liqanın 36-cı turunun "Qranada” ilə səfər matçının heyətinə daxil edilməməsinin səbəbi açıqlanıb.

Fanat.Az "goal.com”a istinadən xəbər verir ki, Marselonun adı baş məşqçi Zinəddin Zidanla mübahisə etdiyi üçün heyətə salınmayıb. 32 yaşlı braziliyalı ilə fransalı mütəxəssis komandanın son məşqində taktiki məsələlərlə bağlı mübahisə edib. Marselo bu səbəbdən "Qranada” ilə oyuna aparılmayıb.

Bu gün keçiriləcək "Qranada” – "Real” matçı saat 00:00-da start götürəcək.

Mənbə: fanat.az