Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi ilə görüşüb

Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının baş katibi Kadir Kardaşla görüşüb.

Apasport.az saytının məlumatına görə, bugünkü görüş Bakı Olimpiya Stadionunda baş tutub.

Məmmədov AVRO-2020 çərçivəsində Türkiyə milli komandasının Bakıda keçiriləcək oyunları ilə əlaqədar paytaxtımızda səfərdə olan TFF nümayəndələrini salamlayıb, qarşıdakı oyunlarda uğurlar arzulayıb. Kardaş görüşə və xoş arzulara görə minnətdarlığını bildirib.

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində Türkiyə millisi iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək hər iki oyun saat 20:00-da başlayacaq.

Mənbə: apa.az