"Qalatasaray"ı sevindirən xəbər

"Qalatasaray"ı sevindirən xəbər

“Qalatasaray”ın Çempionlar liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Holland komandası “PSV” olub. Dünən İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında keçirilən püşkatmada Hollandiya komandasından başqa “Sparta Praqa” və “Celtic”də torbada yer alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mövsümü “Ajax”ın 16 xal gerisində başa vurması ilə son illər həm oyun, həm də maliyyə baxımından əzəli rəqibi arasındakı uçurum davam edir. “Leverkusen” və “Salzburg”dakı uğurları ilə tanınan Alman baş məşqçi Roger Schmidt ilk mövsümündə komanda da uğursuzluq yaşadı. Dumfris və Malen komandanın ən vacib adlar olsa da iki futbolçunun “Qalatasaray” matçlarından əvvəl komandanı tərk etməsi gözlənilir.

Ziya Hikmətoğlu

Mənbə: sia.az