"Ronaldo kimi qol vuran hücumçumuz yoxdur"

"Yuventus"un müdafiəçisi Matteys De Liqt bu mövsümün əvvəlində hücumçu Kriştiano Ronaldonun "Mançester Siti"yə keçməsi ilə bağlı fikirlərini bölüşüb.

Qol.az "Tuttosport"a istinadən xəbər verir ki, o deyib: “Kriştiano Ronaldo həmişə qol vururdu, mövsümün əvvəlində onun üçün darıxırdıq. Amma indi biz Makkenni və Dibala kimi qol vura biləcək başqa oyunçular tapırıq. Artıq Kriştiano kimi bir mövsümdə 30 qol vuran hücumçumuz yoxdur.

İndi "Yuventus" yalnız komandanın böyüməsi haqqında düşünməlidir, biz bunu yavaş-yavaş edirik. Nəticələr var, amma biz daha da inkişaf etməliyik, çünki komanda çox gəncdir”.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna kiberhücumun arxasında Rusiyanın olduğunu açıqladı

SONRAKI XƏBƏR

KOBİA sədrindən süni qiymət artımına qarşı REAKSİYA - FOTO