"Mançester Siti" İngiltərə Premyer Liqasının 15-ci turu matçında "Aston Villa"ya (0:1) məğlub olub.
Bütün oyun ərzində “şəhərlilər” Birmingem təmsilçisinin qapısına doğru cəmi 2 zərbə endirib. Premyer Liqanın mətbuat xidmətinin məlumatına görə, bu, Pep Qvardiolanın komandasının 535 liqa matçında etdiyi ən aşağı cəhddir.
Eyni zamanda, “Aston Villa” “Siti”nin qapısına 22 zərbə endirib. Bu, Qvardiolanın rəhbərlik etdiyi komandalar üçün anti-rekorddur.
Mənbə: publika.az