Böyük britaniyalı məşqçi ömürlük idmandan uzaqlaşdırılıb

Böyük britaniyalı məşqçi ömürlük idmandan uzaqlaşdırılıb<span class="qirmizi"></span>

Böyük Britaniyanın atletika üzrə keçmiş məşqçisi Toni Miniçello ömürlük idmandan uzaqlaşdırılıb.

"Report" "Sky News"a istinadən xəbər verir ki, mütəxəssis çoxsaylı seksual xarakterli davranış, o cümlədən təhqir, emosional təzyiq və idmançıların şəxsi həyatına hörmətsizlikdə təqsirli bilinib.

Qeyd edək ki, Toni Miniçello 2012-ci ildə Londonda keçirilmiş olimpiadada heptatlon növündə qızıl medal qazanan Cessika Ennis-Hillin məşqçisi olub.

Mənbə: report.az